Azərbaycanda dolların birja məzənnəsi iyunda 0,03% yüksəlib

Azərbaycanda dolların birja məzənnəsi iyunda 0,03% yüksəlib
# 21 iyul 2012 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyun ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% enib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7848 AZN-dən 0,7850 AZN-dək yüksəlib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,7854 AZN-ə bərabər olub. Halbuki 2012-ci ilin may ayında bu göstərici 0,7856 AZN təşkil edib.

Xatırladaq ki, iyun ayında BBVB-nin valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 12 bankın iştirakı ilə 79,667 mln. manat və ya dollar ekvivalentində 101,440 mln. həcmində 44 alqı-satqı əqdi qeydə alınıb. Bu isə may ayı ilə müqayisədə 4% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR