Yuliya Timoşenko xəstəxanaya yerləşdirilib

Yuliya Timoşenko xəstəxanaya yerləşdirilib
# 09 may 2012 08:06 (UTC +04:00)
Bakı – APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko mayın 9-da səhər Xarkovda yatdığı həbsxanadan çıxarılaraq şəhər xəstəxanasına göndərilib. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, təcili yardım maşınına əyləşdirilən müxalifət lideri “Berkut” xüsusi təyinatlı milis dəstəsi və Dövlət Yol Polisi avtomobillərinin müşayiəti ilə xəstəxanaya aparılıb. Bu zaman jurnalistlər ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, Y. Timoşenkoya onurğa sütununda fəqərə yırtığı diaqnozu qoyulub. O, Xarkov Mərkəzi Dəmiryolu Xəstəxanasında Almaniyadan gəlmiş həkim tərəfindən müalicə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR