Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olaraq qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olaraq qeydiyyatdan keçənlərin sayı açıqlanıb
# 27 avqust 2012 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012 - 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan 346 bakalavrdan 261 nəfəri qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 85 nəfər bakalavr daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib: “Qeydiyyatdan keçməyən bakalavrların nəzərinə çatdırılır ki, verilmiş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmr ali təhsil müəssisəsinə göndərilməyəcək”.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR