İran xaricdən 24 milyard dollar dəyərində əsas istehlak malları idxal edəcək

İran xaricdən 24 milyard dollar dəyərində əsas istehlak malları idxal edəcək
# 02 may 2012 22:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi ölkəyə lazım olan əsas istehlak mallarının təmin edilməsi və anbara yığılması üçün xaricdən 24 milyard dollar dəyərində idxal reallaşdırılacağını açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, o bu məbləğə başda qida məhsulları olmaqla 20 əsas istehlak malının idxal ediləcəyini bildirib.
İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmməd Əli Zagimi isə məsələnin detallarını açıqlayıb. O vurğulayıb ki, 10 milyard dollarlıq qida və əsas istehlak malları, 12 milyard dollarlıq əhəmiyyətli sənaye məhsulları və 2 milyard dollar dəyərində dərman idxal ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR