Hacıbala Abutalıbov: «Əhmədlidə torpaq sürüşməsi baş vermiş zonada əhali və binalar üçün heç bir təhlükə yoxdur»

Hacıbala Abutalıbov: «Əhmədlidə torpaq sürüşməsi baş vermiş zonada əhali və binalar üçün heç bir təhlükə yoxdur»
# 12 mart 2012 08:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

Onun sözlərinə görə, Əhmədli qəsəbəsində 61 və 63 saylı binaların yerləşdiyi zonada sürüşmənin baş verməsinə qar yağması, kanalizasiya və su xətlərində baş verən sızma səbəb olub: «Araşdırmalar zamanı həmin binalarda yaşayan əhalidən 1 həftəliyə köçmələri xahiş olunmuşdur və bu müddət ərzində 22 metrdən 28 metrədək quyular qazılıb. Hazırda sular çəkilir və demək olar ki, sızıntılar yoxdur. Əhalinin 1 həftəliyə köçürülməsinə baxmayaraq, 3 gündən sonra onlara evlərinə qayıtmalarına icazə verilib. Onlar bütün kommunal xidmətlərlə təmin olunub. Bu gün həmin zonada əhali və binalar üçün heç bir problem və təhlükə yoxdur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR