Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib
# 05 iyun 2012 14:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, hərracda 2 investor iştirak edib.

Sifarişlərin ümumi məbləği nominal üzrə 34 245 000 manat təşkil edib. Sifarişlər 100,6750% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. Beləliklə, bu buraxılış istiqrazlarının dövriyyədə olan həcmi 17 mln. manata çatıb. İstiqrazların ödəmə tarixi 2022-ci ilin yanvarın 22-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR