İranda yeni neft yatağı kəşf edilib

İranda yeni neft yatağı kəşf edilib
# 06 iyul 2012 09:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda yeni neft yatağı kəşf edilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi açıqlama verib.

Onun sözlərinə görə, İran-İraq sərhədində yerləşən Yadaveran bölgəsində kəşf olunmuş yataqda 6 mlrd. barel neftin ola biləcəyi təxmin edilir: “Bu rəqəm daha çox ola bilər. İran ən qısa zamanda yataqdan gündəlik 20 min barel həcmində neft çıxarmaq üçün işə başlayacaq. Daha sonra bu rəqəm gündəlik 200 min barelə qaldırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR