Azərbaycan yeni «iPhone 5» smartfonunun rəsmi satışına başlayan ilk MDB ölkəsi olub

Azərbaycan yeni «iPhone 5» smartfonunun rəsmi satışına başlayan ilk MDB ölkəsi olub
# 28 sentyabr 2012 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan yeni «Apple iPhone 5» smartfonunun rəsmi satışlarını başlayan ilk MDB ölkəsi olub.
İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda ilk rəsmi satışlar ümumdünya satışlarından iki gün sonra başlayıb. İlk 100 ədəd «Apple iPhone 5» smartfonu yüksək texnoloji avadanlıqları üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satılıb.

Yeni modelin yalnız nano sim-kartları ilə istismar olunduğunu nəzərə alaraq, «Apple iPhone 5» smartfonunun Azərbaycanda rəsmi distribusiyası ilə məşğul olan «Caspian Mobile» şirkəti tərəfindən smartfonun satışları ilə məşğul olan ilk 5 dilerə sim-kartı nano sim-karta çevirən qurğu hədiyyə olunub.

Hazırda Azərbaycanda rəsmi satılmış bütün «Apple iPhone 5» smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası artıq satılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR