Şamaxıda yol qəzası baş verib, ölən və yaralanan var

Şamaxıda yol qəzası baş verib, ölən və yaralanan var
# 20 sentyabr 2012 13:32 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə yolun 113-cü kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Şamaxı sakini, 1983-cü il təvəllüdlü Dəmirov İlqar Eldar oğlunun idarə etdiyi 90-FC-091 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn İsmayıllı sakini İbadov Xəlil İbad oğluna məxsus 10-VS-625 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını ilə toqquşub. “Mersedes” markalı maşın toqquşmadan sonra yoldan çıxaraq aşıb. Hadisə nəticəsində “Mersedes”in sürücüsü dünyasını dəyişib, digər avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR