Azərbaycanda mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar elektron formada veriləcək

Azərbaycanda mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar elektron formada veriləcək
# 28 sentyabr 2012 11:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanda mehmanxanalara və mehmanxana tipli obyektlərə lisenziyalar elektron formada veriləcək.

APA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov Bakıda keçirilən Ümumrespublika daxili turizm konfransında çıxışında deyib.

O, lisenziyaların elektron formada verilməsi sisteminin təqdimatını edib və bildirib ki, bu sistem vasitəsilə lisenziyaların verilməsi üçün online ödəmə olacaq. Sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Q.Abbasov deyib ki, mehmanxanaların ulduz kateqoriyasının müəyyənləşməsi də elektron versiyada aparılacaq.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elektron lisenziyanın verilməsi prosesinə keçidin şəffaflığa xidmət edəcəyini deyib. Nazir bildirib ki, oktyabrdan etibarən elektron lisenziyaların verilməsi üçün müraciətlər qəbul olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR