Bakıda Azərbaycan və Kolumbiya xarici siyasət idarələri arasında məsləhətləşmələr keçiriləcək

Bakıda Azərbaycan və Kolumbiya xarici siyasət idarələri arasında məsləhətləşmələr keçiriləcək
# 21 sentyabr 2012 12:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrın 1-də Bakıda Azərbaycan və Kolumbiya xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanın Meksika və Kolumbiyadakı səfiri İlqar Muxtarov jurnalistlərə bildirib ki, bu məqsədlə Kolumbiya xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də ölkəmizə gələcək. Heyətə kolumbiyalı iş adamları da daxildir. Siyasi məsləhətləşmələr Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Latın Amerikası ölkələrinə turnesi çərçivəsində əldə olunmuş razılığa əsasən keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR