Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib
# 08 sentyabr 2012 08:51 (UTC +04:00)
Bakı-APA. 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 22 qarşılaşma baş tutub.

İlk oyun Moskvada keçirilib, millimizin rəqibi olan Rusiya yığması doğma divarlar arasında Şimali İrlandiyanı məğlub edib.

Qrupumuzdakı digər oyunda aşkar autsayder Lüksemburq öz meydanında qrupun favoriti sayılan Portuqaliya ilə qarşılaşmada hesabı açsa da, qələbə hesabını saxlaya bilməyib.

Qonşu Türkiyə yığması isə Hollandiya ilə səfər matçında məğlub olub.


DÇ-2014-ün seçmə mərhələsi
Avropa zonası


7 sentyabr

A qrupu
Xorvatiya - Makedoniya - 1:0
Jelaviç, 69
Uels - Belçika - 0:2
Kompani, 42; Jan Vertonghen, 83

B qrupu
Malta – Ermənistan - 0:1
Sarkisov, 70
Bolqarıstan - İtaliya - 2:2
Manolev, 30; Georgi Milanov, 66 - Pablo Daniel Osvaldo, 36; 40

C qrupu
Qazaxıstan – İrlandiya - 1:2
Ulan Konysbaev, 37 - Robbi Kin, 89 (pen); Kevin Doyle, 90
Almaniya – Farer adaları - 3:0
Mario Götze, 28; Məsut Özil, 54; 71

D qrupu
Estoniya - Rumıniya - 0:2
Gabriel Torje, 55; Marika, 75
Andorra – Macarıstan - 0:5
Roland Juhaz, 12; Zoltan Gera, 32; Adam Szalay, 54; Tamas Priskin, 68; Vladimir Koman, 82
Hollandiya – Türkiyə - 2:0
Van Persi, 16; Luciano Narsing, 90

E qrupu
Albaniya - Kipr - 3:1
Armando Sadiku, 36; Edgar Cani, 84; Erjon Bogdani, 87 - Laban, 45
Sloveniya – İsveçrə - 0:2
Granit Xhaka, 20; İnlər, 51
İslandiya - Norveç - 2:0
Keri Aarnason, 22; Alfred Finnbogason, 81

F qrupu
Rusiya – Şimali İrlandiya - 2:0
Fayzullin, 30; Şirokov, 78
AZƏRBAYCAN - İSRAİL - 1:1
Ruslan Abışov, 64 - Natxo, 50
Lüksemburq - Portuqaliya - 1:2
Daniel Da Mota, 13 - Ronaldo, 28; Helder Poştiga, 54

G qrupu
Lixtenşteyn – Bosniya və Herseqovina - 1:8
Matias Kristen - 61 - Misimoviç, 26; 31; İbişeviç, 33; 83; Dzeko, 40; 46; 64
Litva - Slovakiya - 1:1
Marius Zaliukas, 18 - Marek Sapara, 41
Latviya - Yunanıstan - 1:2
Aleksandrs Kauna, 42 (pen) - Nikos Spiropoulos, 57; Teofanis Gekas, 69

H qrupu
Çernoqoriya - Polşa - 2:2
Nikola Drinşiç, 27; Mirko Vuçiniç, 45 - Jakub Blaszczykowski, 6 (pen); Adrian Mierzejewski, 55
Moldova – İngiltərə - 0:5
Lempard, 4 (pen); 29; Defo, 32; Milner, 74; Leighton Baines, 83

İ qrupu
Gürcüstan - Belarus - 1:0
Tornike Okriaşvili, 51
Finlandiya – Fransa - 0:1
Yohan Kabaye, 20

Qeyd edək ki, daha 2 oyun sentyabrın 8-də baş tutacaq. A qrupunda Şotlandiya – Serbiya, B qrupunda Danimarka – Çexiya matçları keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR