Bakıda yaşayış evində partlayış baş verib, iki nəfər yanıq xəsarəti alıb

Bakıda yaşayış evində partlayış baş verib, iki nəfər yanıq xəsarəti alıb
# 08 sentyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakının Binəqədi rayonunda yaşayış evində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 160 kvadrat metr olan ikimərtəbəli beşotaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxdə partlayış olub. Nəticədə mətbəxin pəncərə çərçivələri, 1 otağın qapısı, 2-ci mərtəbədə 1 otaq və dəhlizin pəncərə çərçivələri, tavanı dağılıb, evin girişində yerləşən pilləkən qəfəsində lambirdən ibarət tavan yüksək temperaturdan 2 kvadrat metr sahədə əriyib, 2 nəfər ev sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR