Azərbaycan fond bazarında ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 6 faiz bəndi artıb

Azərbaycan fond bazarında ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 6 faiz bəndi artıb
# 01 may 2012 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I birinci rübü ərzində Azərbaycanın qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin yanvar-mart aylarının yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, cari ilin ilk 3 ayı ərzində korporativ qiymətli kağızlar bazarının həcminin bir sıra amillərin təsiri fonunda azalmasına baxmayaraq, dövlət qiymətli kağızlar bazarında qeydə alınmış artım bütövlükdə bazarın dinamikasına müsbət təsir edib və qiymətli kağızlar bazarının cari ilin ilk rübü ərzində 1,6 dəfə artaraq 2,7 mlrd. manat təşkil edib: «Nəticədə, qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin ÜDM-ə nisbəti cari ilin I rübü ərzində ötən ilin müvafiq göstəricisi olan 16%-dən artaraq 22% təşkil edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR