Azərbaycanda problemli kreditlərin həcmi artıb

Azərbaycanda problemli kreditlərin həcmi artıb
# 26 iyul 2012 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilini iyun ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 10,6 mlrd. manat olub. Bu isə ötən ilin analoji dövrünə nisbətən 20,4% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 33,7%-i dövlət, 63,7%-i özəl banklar, 2,6%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 7,6 mlrd. manatını uzunmüddətli, 2,9 mlrd. manatını qısamüddətli kreditlər, 720,1 mln. manatını isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən uzunmüddətli kreditlərin həcmi 31%, qısamüddətli kreditlərin həcmi 2,3%, vaxtı keçmiş kreditlərin həcmi isə 30,5% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR