İran və Azərbaycan arasında məhkumların öz ölkələrinə verilməsi məsələsi müzakirə olunub
10 oktyabr 2012 09:10 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb.
M. Quliyev hər iki ölkənin məhkumların vətəndaşı olduqları ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğunu, eyni zamanda iki ölkə arasında analoji sazişin mövcud olduğunu deyib. Məhz bu hüquqi baza əsasında məhkum edilmiş şəxslərin öz ölkələrinə verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunub.
S. Mövlayi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

Hadisə
Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:10
3 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024