Azərbaycan diasporu “Sumqayıt, Kirovabad və Bakıda ermənilərin qətliamının Kaliforniyada anma günü”nü qətiyyətlə pisləyib

Azərbaycan diasporu “Sumqayıt, Kirovabad və Bakıda ermənilərin qətliamının Kaliforniyada anma günü”nü qətiyyətlə pisləyib
# 08 fevral 2012 17:51 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı Azərbaycan diasporu Kaliforniya qanunverici orqanının bəzi üzvlərinin 2012-ci il fevralın 27-ni “Sumqayıt, Kirovabad və Bakıda ermənilərin qətliamının Kaliforniyada anma günü” elan etməsi ilə bağlı qətnamə layihəsini qəti şəkildə pisləyir.

Diaspor üzvləri Kaliforniya qanunvericilərinə yüzlərlə məktub göndərərək qətnamə layihəsi ilə bağlı etirazlarını bildiriblər və xüsusilə də bu anım günü üçün seçilmiş tarixi nəzərə alaraq bu layihəni ciddi qanun pozuntusu adlandırıblar.

“Dəhşətlisi odur ki, erməni ordusu tərəfindən 30 min azərbaycanlının öldürülməsi, 20 ildən artıq evlərinə qayıda bilməyən 800 000 azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmənin bayram edilməsi üçün məkan kimi Kaliforniya qanunverici orqanı seçilib. Bu irredentist iddiaların və Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsidir”, - deyə müəlliflər bildirir.

Azərbaycan diasporunun üzvləri həmçinin bildirir ki, 1988-ci il Sumqayıt hadisələri təhrif olunub və qeyd edirlər ki, 1988-ci ildə onlarla azərbaycanlı Ermənistanda qətlə yetirilib, 1990-cı il yanvarın 20-də 400 azərbaycanlı, 1992-ci ilin fevralında bu vaxta qədər bölgədə ən böyük qətliam olan Xocalı faciəsi zamanı 600 azərbaycanlı öldürülüb. Bütün bu faciələr Azərbaycan-Ermənistan münasibətlərinə ciddi zərər vurub, bu hadisələr diqqətlə araşdırılmalı, onların səbəbkarları məsuliyyətə cəlb olunmalıdır.

Sumqayıt faciəsi yalnız erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrinin işğalı, 800 000 azərbaycanlının köçkün düşməsi, 20 000 azərbaycanlının qətli kontekstində nəzərdən keçirilməlidir.

Müəlliflər həmçinin bildiriblər ki, Azərbaycan öz tolerantlığı ilə yaxşı tanınır, burada yəhudilər və bütün konfessiyalardan olan xristianlar, şiə və sünni müsəlmanları, bəhailər və aqnostiklər əsrlər boyu bir yerdə yaşayıblar. “Bu arada isə Ermənistan Yəhova şahidlərini həbs edən monoetnik bir ölkədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR