Səfir: Son 5 ildə Azərbaycandan Litvaya gedən turistlərin sayı 15 dəfə artıb

Səfir: Son 5 ildə Azərbaycandan Litvaya gedən turistlərin sayı 15 dəfə artıb
# 11 aprel 2012 15:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün Bakıda Litvanın turizm imkanlarına və onun inkişaf perspektivlərinə həsr olunmuş təqdimat keçirilib.

APA-Economics”in xəbərinə görə, Azərbaycanda səfərdə olan Litva İqtisadiyyat Nazirliyinin və bu ölkənin turizm şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti turizmin inkişaf perspektivləri haqqında məlumat verib.

Tədbirdə çıxış edən Litvanın Azərbaycandakı səfiri Kestudis Kudzmanas bildirib ki, Litva Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlıdır: “Verilmiş vizaların sayı göstərir ki, son 5 ildə Azərbaycandan Litvaya gedən turistlərin sayı 15 dəfə artıb. Son 2 ildə azərbaycanlı turistlər arasında tibbi turizmə marağın artdığı müşahidə olunur”.

Əhalisi 3 mln. nəfər olan Litvaya ötən il səfər edən əcnəbi vətəndaşların ümumi sayı 1,8 mln. nəfər təşkil edib.

Litva İqtisadiyyat Nazirliyinin turizm şöbəsinin müdiri Lidiya Bayarunene qeyd edib ki, ölkənin ÜDM-də turizm sahəsinin payı 4,4%-ə, turizmdən gələn gəlirin həcmi isə 7,8 mln. avroya çatır. Onun dediyinə görə, Litvada turizmin müxtəlif - mədəni, aktiv, müalicəvi turizm və s. növləri populyardır: “Gözəl təbiət, mədəni görməli yerlər və yaxşı ekologiya Litvanı əcnəbi turistlər üçün daha cazibədar edir”.

Təqdimat mərasimində Vilnüs, Klaypeda, Kaunas və Trakayın məşhur kurortları təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR