Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulur
29 sentyabr 2012 08:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavinin sözlərinə görə, saxta dərmanlarla bağlı problem həmişə olub və davam edir. Artıq bu məsələ Ümumdünya Səhiyyə Təşkilatını narahat etməyə başlayıb: «Saxta dərmanlar dünyanın problemidir. Sadəcə ölkələrdən asılı olaraq saxta dərmanların faizi dəyişir. Azərbaycanda son illərdə qanunvericiliyə edilmiş düzəlişlər nəticəsində ölkəyə saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatı olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilmir. Buna yol verənlər barəsində Cinayət Məcəlləsində həbs cəzası nəzərdə tutulur».
E. Ağayev qeyd edib ki, işbazlar Azərbaycana daha çox Hindistandan saxta dərmanlar gətirməyə cəhd göstərirlər: «Avropanın ən məşhur firmalarının dərmanlarının saxtalaşdırılmış formalarının gətirilməsi istəyi də ola bilər. Amma Azərbaycana gətirilən dərmanların hər bir seriyası yoxlanıldıqdan sonra bazara çıxarılır».

Sosial
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb
15:54
6 may 2024
Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirələr keçirilib
15:07
6 may 2024
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
13:47
6 may 2024
BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib
13:01
6 may 2024