Azərbaycan SSRİ-dən qalan bank əmanətlərinin qaytarılmasına 1 mlrd. manat xərcləyəcək

Azərbaycan SSRİ-dən qalan bank əmanətlərinin qaytarılmasına 1 mlrd. manat xərcləyəcək
# 16 mart 2012 09:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Xatırladaq ki, müvafiq fərman ölkə başçısı İlham Əliyev tərəfindən martın 14-də imzalanıb. Fərmanda bildirilir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş SSRİ məkanında yaşanan iqtisadi və siyasi böhran, milli zəmində törədilmiş iğtişaşlar, İttifaq tərkibində olan respublikaların ayrılması nəticəsində uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələrinin pozulması və bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması baş verib.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılmış bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilib və onlara görə kompensasiyalar verilib (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı alıb, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməyib və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalıb.

Qeyd etmək zəruridir ki, Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin «Banklar və bank fəaliyyəti haqqında» qanununda və Azərbaycan Respublikasının «Banklar və bank fəaliyyəti haqqında» 1992-ci il 7 avqust tarixli qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR