Daha bir Azərbaycan bankının reytinqi üzrə proqnoz yaxşılaşdırılıb

Daha bir Azərbaycan bankının reytinqi üzrə proqnoz yaxşılaşdırılıb
# 28 sentyabr 2012 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Xalq Bank» ASC-nin «B3» səviyyəsində olan uzunmüddətli reytinqi üzrə proqnozunu «Sabit»dən «Pozitiv»ə yaxşılaşdırıb.

Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, proqnozun yaxşılaşdırılması ilk növbədə kredit risklərinin azaldılması və kapitallaşmanın təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, biznesin kiçik diversifakisiyası və fondlaşma bazasının yüksək konsentrasiyası reytinqə saxlayıcı təsir edir.

Agentliyin məlumatında deyilir ki, 2011-ci ildə bankın mənfəəti 81% artaraq 24,4 mln. manata, ROA əmlası isə 2,41%-dən 3,65%-ə çatıb. Eyni zamanda bildirilir ki, bankın depozit portfelinin 56%-i 8 depozitorun payına düşür. Lakin buna baxmayaraq, bankın depozit portfeli sabitdir, likvidlik səviyyəsi isə müsbət kimi qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR