Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulunun vaxtı uzadıla bilər

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulunun vaxtı uzadıla bilər
# 27 sentyabr 2012 10:49 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən başlayıb və sentyabrın 30-dək aparılacaq: “Sentyabrın 29-30-u şənbə-bazar günlərinə düşür. Ehtiyac olacağı təqdirdə, yəni sənəd verənlərin sayı çox olacaqsa, sənəd qəbulunun vaxtı 1-2 gün uzadıla bilər. Qanun buna imkan verir”.

Qeyd edək ki, bu il Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə AMEA-ya 288, digər elmi təşkilatlara 189 plan yeri verilib.

Doktoranturaya qəbul imtahanlarının oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR