Gənclər və idman naziri Azad Rəhimov Ağcabədidə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib

Gənclər və idman naziri Azad Rəhimov Ağcabədidə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib
# 07 iyun 2012 11:13 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, jurnalistlərə açıqlama verən Azad Rəhimov bildirib ki, bu günədək respublikada 34 olimpiya-idman kompleksi istifadəyə verilib, 9 mərkəz hazırda tikilir, iyunun 6-dan etibarən 2 kompleksin inşasına start verilib.

Ağcabədi Olimpiya İdman kompleksi 5 hektar ərazini əhatə edəcək. Tikilinin öz sahəsi 6500 kvadratmetri əhatə edəcək ki, bura 3 mərtəbəli bina, 1000 nəfər tamaşaçı tutumu olan futbol meydançası, voleybol meydançası, tennis kortu, Olimpiya parkı və başqa yardımçı tikililər daxildir. Tikinti işlərinin 20 aya başa çatdırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR