Mətbuat Şurasının Apellyasiya qrupunun iclası keçirilib - FOTO

Mətbuat Şurasının Apellyasiya qrupunun iclası keçirilib - <font color=red>FOTO</font>
# 16 mart 2012 12:12 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Apellyasiya qrupunun növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, toplantını açan qrupun sədri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, ötən iclasdan keçən müddətdə Apellyasiya qrupuna ümumilikdə 30-dan artıq təqdimat olub. Onların 20-si hazırda müzakirəyə çıxarılır.

Qeyd olunub ki, MŞ-nin Apellyasiya qrupu «qara siyahı»da yer alan KİV-in oradan çıxarılması ilə bağlı müraciətlərin araşdırılması məqsədilə yaradılıb. V.Rəhimzadə ötən müddətdə bununla bağlı faktların eyni zamanda Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında da müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Komissiya üzvü, MŞ sədrinin müavini Müşfiq Ələsgərli vurğulayıb ki, müraciətlərin araşdırılması prosesində «Reket jurnalistika» ilə mübarizə Komissiyanın rəyinin nəzərə alınması müraciət müəllifləri olan qəzetlərin konkret hansı səbəbdən siyahıya düşmələrinin motivlərinə geniş aydınlıq gətirmək nöqteyi-nəzərdən əhəmiyyətlidir.

Komissiyanın digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas isə bildirib ki, «qara siyahı»dan çıxmaq üçün müraciət edənlərin bəzilərinin vaxtilə siyahıya düşmələrinə əsas verən hərəkətlərin motivləri məsələlərə daha ehtiyatla yanaşmağı zəruri edir. Bildirilib ki, «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatın şərtləri ciddi şəkildə gözlənilməlidir.

Komissiya üzvləri müzakirələrdən sonra 3 nəşrin adının «qara siyahı»dan çıxarılması barədə MŞ İdarə Heyətinə müvafiq təqdimatın göndərilməsi rəyinə gəliblər. İclasda, həmçinin digər nəşrlərlə bağlı monitorinqlər davam etdirilməsi rəyinə gəlinib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR