Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,1% enib
# 02 oktyabr 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 515 bəndədək, S&P 500 0,3% - 1 445 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 114 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. Belə ki, B.Bernanke bəyan edib ki, uçot dərəcəsinin 0-0,25% faizlik dəhlizdə 2015-ci ilə qədər saxlanması gələcək üç il ərzində ölkə iqtisadiyyatının zəif olacağı ilə bağlı gözləntilərdən irəli gəlmir, bu sadəcə olaraq iqtisadiyyatı stimullaşdıran bir addımdır.

Avropa fond bazarlarında oktyabrın 1-də FTSE 100 indeksi 1,4% - 5 821 bəndədək, Almaniya DAX-ı 1,5% - 7 327 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 435 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 780,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2895 (+0,6%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR