Azərbaycan Beynəlxalq Bankı yeni pensiya kartlarının verilməsi prosesini sürətləndirib

Azərbaycan Beynəlxalq Bankı yeni pensiya kartlarının verilməsi prosesini sürətləndirib
# 19 aprel 2012 08:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yeni pensiya kartlarının verilməsi prosesi yüksək səviyyədə təşkil olunub. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən bildirilib.

Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan pensiyaçılara qəsəbədəki Mədəniyyət Evində, Zabratda bələdiyyənin binasında, Sabunçuda «Azərenerji» ASC-nin Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində isə Bank tərəfindən icarə olunan binada verilir.

Ümumilikdə, Sabunçu filialı tərəfindən 9 minə yaxın yeni kart veriləcək. Bu proses gücləndirilmiş rejimdə həyata keçirilir və yaxın bir neçə gün ərzində başa çatacaq.

ABB-nin Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir. Bankın digər filiallarında da yeni pensiya kartlarının verilməsi gücləndirilmiş rejimində həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR