İranlı parlamentar: “İslam Əməkdaşlıq Təşkilatının təcili yığıncağı keçirilməlidir”

İranlı parlamentar: “İslam Əməkdaşlıq Təşkilatının təcili yığıncağı keçirilməlidir”
# 14 sentyabr 2012 10:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İslam Əməkdaşlıq Təşkilatının təcili yığıncağı keçirilməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur deyib. O bildirib ki, təşkilat Məhəmməd peyğəmbərin təhqir olunduğu filmlə bağlı müzakirə aparmalıdır.

M. Həqiqətpur qeyd edib ki, Məhəmməd peyğəmbəri təhqir cəhdi müsəlmanlarla digər dinlərin mənsubları arasında din davası çıxarmaq səyi kimi qiymətləndirilməlidir: “Bu baxımdan İƏT-ə üzv olan ölkələr dərhal toplanmalı və bu çirkin əməli araşdırmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR