“Eurovision-2012” mahnı müsabiqəsinin “EuroClub”-unun və “EuroVillage”-nin yeri açıqlanıb

“Eurovision-2012” mahnı müsabiqəsinin “EuroClub”-unun və “EuroVillage”-nin yeri açıqlanıb
# 19 mart 2012 06:58 (UTC +04:00)
“Eurovision-2012” mahnı müsabiqəsinin İşçi Qrupundan APA-ya verilən məlumata görə, “EuroClub” Əl Oyunları İdman Sarayı, “EuroVillage” isə Bakı Bulvar ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq.

Qeyd edək ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsinin əsas və əyləncəli məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanatların vaxtlarını maraqlı keçirdikləriyi şənlik və musiqili yer məhz “EuroClub”dur.

2500 m2 sahəsi olan “EuroClub” mayın 13-dən açılacaq. “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”nın 2,5 km-liyində yerləşəcək “EuroClub”a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, dj-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə proqramları təşkil olunacaq.

5330 m2 ərazini əhatə edəcək “EuroVillage”in rəsmi açılışı isə mayın 19-da olacaq. “Bakı Kristal Zalı”ndan 3 km məsafədə yerləşən “EuroVillage”də gündəlik şou proqramlar, müxtəlif konsertlər, Eurovision Mahnı Müsabiqəsinə aid aksessuarların satışı təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR