Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 23 avqust 2012 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin iyul ayı üzrə 100,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyun ayının indeksindən 5,6 faiz bəndi çox olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin iyul ayında ümumi pərakəndə dövriyyəsi 1 400,7 mln. manat, iyunda isə 1 390,4 mln. manat təşkil edib.

İyulda iyun ayı ilə müqayisədə pərakəndə ticarətin artmasında ilk növbədə mövsümü amillərlə bağlı olan kənd təsərrüfatı məhsullarının dövriyyəsində müşahidə olunan artımın rolu da var ki, bu da ticarətin ümumi həcmini artırıb.

Qeyd edək ki, ümumiyyətlə yanvar-iyul ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,3% artıb. Yanvar-iyun ayları üzrə artım 9,2% təşkil edib ki, beləliklə iyuldakı artım ümumi dinamikaya da təsir göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR