Azərbaycan prezidenti və Türkiyə baş naziri Şəki Cümə məscidinə, Yuxarı və Aşağı karvansaraylara baş çəkiblər

Azərbaycan prezidenti və Türkiyə baş naziri Şəki Cümə məscidinə, Yuxarı və Aşağı karvansaraylara baş çəkiblər
# 12 sentyabr 2012 16:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkiblər.

APA-nın məlumatına görə, onlara Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verilib.

Məscidin nəzdində fəaliyyət göstərən mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər. Prezident və baş nazir mədrəsənin tələbələri ilə görüşüb söhbət ediblər.

Sonra R. T. Ərdoğana Qurani-Kərim hədiyyə olunub. Baş nazir də Cümə məscidinə Qurani-Kərim hədiyyə edib.

Daha sonra Azərbaycan prezidenti və Türkiyə baş naziri xanımları ilə Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olublar. Bunun ardınca isə onlar Şəkinin Aşağı Karvansaray mehmanxana kompleksinə gələrək, kompleksin tarixi və hazırkı fəaliyyəti ilə yaxından tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR