Pentaqon: «Suriyaya müdaxilə səhv addım olar»

Pentaqon: «Suriyaya müdaxilə səhv addım olar»
# 28 sentyabr 2012 03:42 (UTC +04:00)
Bakı-APA. «Bir ildən artıqdır hökumət və müxalifət qoşunları arasında döyüşlərin getdiyi Suriyaya müdaxilə ciddi səhv olar». ABŞ müdafiə naziri Leon Panetta bu fikirdədir.

İki gün əvvəl Qətər əmiri ərəb ölkələrinə Suriyadakı vəziyyətə müdaxilə etməyi təklif edib. Fransa isə Suriya müxalifətinin nəzarətində olan bölgələrdə təhlükəsizlik zonaları yaratmaq təklifi ilə çıxış edib.

«Müdaxilə ciddi səhv olardı. ABŞ Suriya müxalifətinə kömək etmək üçün beynəlxalq birlik ilə əməkdaşlıq edir. Suriya probleminin hələ diplomatik həll yolları var. Lakin beynəlxalq birlik hərbi əməliyyatın vacib olduğunu hesab etsə, biz əlbəttə ki, bu əməliyyatda iştirak edəcəyik», deyə Panetta bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR