Bakıda 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib

Bakıda 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib
# 28 sentyabr 2012 12:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən indiyədək 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib. APA-nın məlumatına görə, cəzalandırılan bağça müdirləri uşaqların ərzaq təminatında yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı İdarənin fəaliyyətində əsas prioritet kimi qəbul edilib. Hazırda bu istiqamətdə ciddi nəzarət işləri davam etdirilir.

Gələn aydan isə Bakıdakı bağça müdirlərinin və tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb olunmasına başlanacaq. Artıq bunun üçün müvafiq siyahılar tərtib olunub, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və Azərbaycan Müəllimlər İnstitutu ilə danışıqlar aparılıb. İlkin olaraq Bakının məktəbəqədər təhsil müəssisələrində çalışan 300 pedaqoji işçi ixtisasartırma kurslarına cəlb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR