Azərbaycanda manat pul kütləsi 28% artıb

Azərbaycanda manat pul kütləsi 28% artıb
# 11 oktyabr 2012 09:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci il sentyabrın 1-nə 15 003,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 666,8 mln. manat və ya 21,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-avqust aylarında geniş mənada pul kütləsi 1 099,8 mln. manat və ya 7,9% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) isə son bir ildə 2 648,5 mln. manat və ya 27,7% artaraq 12 218,3 mln. manata çatıb:

(mln. AZN)

01.09.2011

01.01.2012

01.09.2012

M0 (nağd pullar)

6 493,7

7 158,2

8 134,6

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

7 885,5

8 824,8

9 913,6

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

9 569,8

10 997,2

12 218,3

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

12 336,2

13 903,2

15 003,0



Göründüyü kimi, son bir ildə manat kütləsi əsasən nağd pullar hesabına artır. Belə ki, nağd pulların artım həcmi 1 640,9 mln. manat təşkil edib ki, bu da ümumi artımın 62%-nə bərabərdir. Lakin eyni zamanda, bu artım nağdlaşma səviyyəsinin artmasına gətirib çıxarmayıb. Belə ki, sentyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 66,6% təşkil edib və bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3 faiz bəndi azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR