DSX Akademiyasında BMT İnkişaf Proqramı tərəfindən icra edilən texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilib - FOTOSESSİYA

DSX Akademiyasında  BMT İnkişaf Proqramı tərəfindən icra edilən texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 iyun 2012 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Avropa Komissiyasının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən icra edilən texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə bildirilib ki, texniki vasitələr ümumi büdcəsi 2 milyon avro olan “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində alınıb.

Tədbir zamanı DSX-nin texniki imkanlarının təkmilləşdirilməsi üçün əldə olunan gecə və gündüz sərhədin müşahidəsini aparılmasına imkan verən Səyyar Elektron-Optik Müşahidə Kompleksi, gecəgörmə cihazları, terminal kameralar və durbinlər, yüksək keçid qabiliyyətinə malik olan kvadrosikllər, sənədlərin yoxlanılması üçün stasionar və daşınan cihazlar, pasportların elektron məlumat bazası, nəqliyyat vasitələrinin yoxlanışı üçün optik endoskop, informasiya texnologiya avadanlığı və s. təhvil alınıb.

Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR