Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir
# 19 sentyabr 2012 11:35 (UTC +04:00)
Bakı – APA-Economics. Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, neft sənayesində çalışmış pensiyaçıların sayı 25 min nəfərdən artıqdır.

Ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 88,3 mln. manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR