Sərdar Cəlaloğlu: “İctimai Palatanın prezident seçkilərində blok kimi fəaliyyət göstərməsi üçün ciddi problemlər var”

Sərdar Cəlaloğlu: “İctimai Palatanın prezident seçkilərində blok kimi fəaliyyət göstərməsi üçün ciddi problemlər var”
# 14 avqust 2012 09:50 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu qeyd edib ki, müxalifətin qarşısında duran məqsəd prezident seçkiləri ilə bağlı bir araya gəlməkdir, İctimai Palata isə parlament seçkiləri ilə bağlı yaranmış qurumdur.

ADP sədri deyib ki, seçki bloku dövlət qeydiyyatından keçməlidir: “Buna görə də partiyaların dövlət qeydiyyatından keçməsi zəruridir. Bu baxımdan İctimai Palatada həmin məsələ ilə bağlı ciddi problemlər mövcuddur. Yəni düşünməyək ki, İctimai Palata bütün siyasi prosesləri həyata keçirməyə imkan verir. Ona görə də yeni siyasi birlik müstəvisinin olması günün tələbidir. Yəni prezident seçkiləri ilə bağlı siyasi blokun yaradılması vacibdir. İctimai Palata isə belə bir qurum deyil”.

İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya S. Cəlaloğlunun fikrinin həqiqəti əks etdirmədiyini deyib: “İctimai Palata bütün bu məsələlərdə, istər növbədənkənar parlament, istər prezident seçkilərində vahid komanda şəklində iştirak etmək və bütün prosesləri hüquqi müstəvidə görmək imkanına malikdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR