Azərbaycan ərazisində hava yağmursuz olacaq, cənub küləyi əsəcək

Azərbaycan ərazisində hava yağmursuz olacaq, cənub küləyi əsəcək
# 19 oktyabr 2012 09:41 (UTC +04:00)
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 21-dək respublika ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR