Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq ABŞ şirkətinin nümayəndələri Bakıya gəlib

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq ABŞ şirkətinin nümayəndələri Bakıya gəlib
# 20 iyun 2012 07:44 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri Azərbaycanda olduqları müddət ərzində sualtı seysmik stansiyaların texniki şərtlərini müəyyənləşdirəcəklər və stansiyalar quraşdırılacaq platformalara baxış keçirəcəklər: “Sualtı seysmik stansiyalar “Ümid”, “Bahar” və “Günəşli” yataqlarında quraşdırılacaq. Stansiyalar platformalardan 350-400 metr aralı dənizin dibində, ötürücülər isə platformalarda quraşdırılacaq. Dənizin dibindən keçən kommunikasiya, neft boru xətlərinin qorunması məsələsi də dəqiq müzakirə olunacaq. Texniki şərtlər müəyyənləşdiriləndən sonra seysmik stansiyalar Azərbaycana gətiriləcək. Stansiyalar artıq çoxdan yığılıb və hazırdır. Stansiyaların senytabr ayına qədər quraşdırılması nəzərdə tutulur”.

Q. Yetirmişli bildirib ki, 3 seysmik stansiyanın quraşdırılmasından sonra Xəzərin Azərbaycan sektorunda daha 7 sualtı seysmik stansiyanın quraşdırılması planlaşdırılır: “Amma bizim yeni platformalarımızın olmaması çox böyük problemdir. “Kinemetrics“ şirkəti Xəzərdə sualtı seysmik stansiyanın quraşdırılması üçün yeni metod təklif edir. Bu metoda əsasən, seysmik stansiyalar platformasız quraşdırılır. Stansiyanın özü dənizin dibində olur, ötürücülər isə 50 metr radiusunda balaca qayıq formasında dənizin üstündə üzür. Amma bu metodun da təhlükəsi yox deyil. Brokonyerlər bu qurğuya zərər yetirə bilərlər. Şirkət nümayəndələrinin səfəri zamanı bu metod da müzakirə ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR