Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanlarının vaxtı açıqlanıb
# 11 sentyabr 2012 13:13 (UTC +04:00)
Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya açıqlamasında deyib ki, doktoranturaya qəbul elanı sentyabrın 17-də veriləcək. Oktyabrın 16-dək sənədlərin qəbulu həyata keçiriləcək. Doktoranturaya və dissertanturaya qəbul imtahanları isə oktyabrın 22-dən noyabrın 21-dək gerçəkləşəcək.

G. Hüseynovanın sözlərinə görə, bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya bübcə hesabına ayrılan yerlərin sayı 288, ödənişli əsaslarla olan yerlərin sayı isə 89-dur.

Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 yer ayrılıb. Onlardan 82 yer büdcə hesabına, 3 yer isə ödənişlidir. Dissertanturaya elmlər doktoru proqramı üzrə ayrılan yerlərin sayı 89-dur. Onlardan 80 yer büdcə hesabına, 9 yer isə ödənişli əsaslarladır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR