Azərbaycanda üçəm dünyaya gətirən ailəyə 3 otaqlı mənzil hədiyyə olunub - FOTOSESSİYA

Azərbaycanda üçəm dünyaya gətirən ailəyə 3 otaqlı mənzil hədiyyə olunub - <font color=red>FOTOSESSİYA</font>
# 23 may 2012 13:01 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Azərbaycan prezidenti İlham Əliyev üçəm dünyaya gətirən sabirabadlı ailəyə 3 otaqlı mənzil hədiyyə edib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabadın Surra kənd sakini Əliyeva Səmayə Zəka qızı ötən il dekabrın 7-də Respublika Mama-ginekologiya İnstitutunda üçəm dünyaya gətirib. Biri oğlan, ikisi qız olan uşaqların anası və atası ölkə prezidenti İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etdikdən sonra ölkə başçısı həmin ailəyə 3 otaqlı mənzil ayrılması barədə göstəriş verib.

Rayon mərkəzində bütün şəraiti olan 3 otaqlı mənzil bu gün Surra kənd sakinləri Elşən və Səmayə Əliyevalara təqdim olunub. Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim Ələkbərov iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR