“İnter” klubu məşhur futbolçularını Bakıya gətirməyəcək

“İnter” klubu məşhur futbolçularını Bakıya gətirməyəcək
# 03 oktyabr 2012 11:29 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə görüşəcək İtaliyanın “İnter” klubu Bakıdakı matça 20 futbolçu ilə gəlir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Andrea Stramaççoni ölkəmizə əsas oyunçularını gətirməyəcəyini açıqlayıb.

Onun açıqladığı siyahıda əfsanəvi Xavyer Zanetti, Antonio Kaassano, Uesli Sneyder, Valter Samuel və Dieqo Milioto kimi ulduzların heç biri yoxdur.

Qapıçılar: 1. Samir Handanoviç, 12. Luka Kastellazzi, 27. Vid Beleç;

Müdafiəçilər: 6. Matias Silvestre, 23. Andrea Ranokkia, 40. Xuan Xesus, 42. Conatan, 44. Matteo Biançetti, 55. Yuto Nagatomo;

Yarımmüdafiəçilər: 14. Fredi Quarin, 16. Qabi Mudingayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 31. Alvaro Pereyra;

Hücumçular: 7. Koutinyo, 49. Covanni Terrani, 88. Marko Livaya, 61. Luka Qarritano.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR