«Bank SilkWay» ötən il aktivlərini 50% artırıb

«Bank SilkWay» ötən il aktivlərini 50% artırıb
# 10 fevral 2012 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 79,307 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekununa olan göstəricidən 49% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 5,6% azalaraq 26,929 mln. manat, o cümlədən qısamüddətli kreditlər 75% artaraq 16,078 mln. manata, uzunmüddətli kreditlər 50% azalaraq 108,508 mln. manata, istehlak kreditləri 35% artaraq 5,816 mln. manata çatıb.

Həmçinin, bankın depozit portfeli 2,9 dəfə artaraq 33,594 mln. manat, o cümlədən müddətli depozitlər 2,6 dəfə artaraq 10,431 mln. manat, tələb olunanadək depozitlərin həcmi 3 dəfə artaraq 23,162 mln. manat, əhalinin əmanətləri isə 2,9 dəfə artaraq 9,952 mln. manat təşkil edib.

Eyni zamanda, bankın məcmu kapitalı 15% artaraq 40,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 9% artaraq 35,090 mln. manat olub.

Hesabat ilində bankın cəmi müştərilərinin sayı 48% artaraq 8 114, o cümlədən fiziki şəxslərin sayı 52% artaraq 7 800, hüquqi şəxslərin sayı isə 8,7% azalaraq 314 təşkil edib.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 25% artaraq 6 995-ə, o cümlədən debet kartlarının sayı 24% artaraq 6 918-ə, kredit kartlarının sayı isə 2,2 dəfə azalaraq 77-ə çatıb.

Bu müddət ərzində bankda çalışan işçilərinin sayı 2% artaraq 104 nəfər, orta aylıq əmək haqqı isə 57% artaraq 2 024 manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 6 filialı, 19 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR