TQDK dərsliklərlə bağlı pedaqoji ictimaiyyətə müraciət edib

TQDK dərsliklərlə bağlı pedaqoji ictimaiyyətə müraciət edib
# 28 sentyabr 2012 12:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəbə dərslikləri ilə bağlı pedaqoji ictimaiyyətə, müəllimlərə, valideyn və şagirdlərə müraciət edib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, pedaqoji ictimaiyyət respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan Azərbaycan və rus dillərində bütün fənlər üzrə I-XI sinif dərslikləri ilə bağlı fikirlərini, irad və təkliflərini TQDK-ya göndərə bilərlər. Məqsəd pedaqoji ictimaiyyəti dərsliklərin təkmilləşdirilməsi prosesində yaxından iştirak etməyə cəlb etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR