Bakıda Dünya Ürək Gününə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - FOTO

Bakıda Dünya Ürək Gününə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 14:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Ürək-damar Cərrahiyyəsi Cəmiyyəti “Dünya Ürək Günü”nə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, təşkilatın sədri Kamran Musayev dünyada hər il sentyabr ayının sonuncu şənbə gününün Dünya Ürək Günü kimi qeyd olunduğunu bildirib: “Bu il də sentyabrın 29-da dünyanın 100-dən çox ölkəsində Dünya Ürək Günü olaraq qeyd ediləcək. Azərbaycanın təmsil edən təşkilat kimi son illərdə biz də bu tədbirlərə qatılırıq. Ümumdünya Ürək Federasiyası ilə birlikdə Ürək-damar Cərrahiyyəsi Cəmiyyəti ortaq tədbirlər keçirir. Artıq builki tədbirlər planımız hazırdır. Bugünkü mətbuat konfransı ilə başlayan və plana daxil olan digər tədbirlərimiz də olacaq. Məsələn, biz hər şeydən əvvəl qarşımıza ürək-damar xəstəlikləri kimi insanların ən çox ölümünə, əlilliynə səbəb olan xəstəlik barəsində xalqımızın tibbi maarifləndirilməsi məqsədini qoymuşuq.
Bunun üçün də Ümumdünya Ürək Federasiyasının hazırladığı broşürlər, bukletlər, digər maarifləndirmə materialları Azərbaycan dilinə tərcümə edilib. Artıq həmin materiallar insanlarımız arasında paylanır. Bundan başqa, Bakı şəhərindəki alış-veriş mərkəzlərində qurulan stendlərlə insanlara maarifləndirici məlumatlar çatdırılacaq, Azərbaycan Ürək-damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri tərəfindən insanlara təzyiqin, xolestrinin ölçülməsi və bunlardan qorunma üçün lazım olan maarifləndirici məlumatlar veriləcək. Sentyabrın 29-da isə konfrans keçirməyi planlaşdırırıq. Elmi konfrans ABŞ-ın ən nüfuzlu səhiyyə müəssisələrindən biri olan “Mayo” Klinikası ilə Azərbaycandakı Mərkəzi Klinikanın ortaq toplantısı olacaq”.

K. Musayev Azərbaycanda ürək xəstələri ilə bağlı dəqiq statistika olmadığını deyib: “Amma Azərbaycanda ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR