Bakıda orta məktəbdə baş vermiş hadisə nəticəsində iki şagird xəstəxanaya yerləşdirilib

Bakıda orta məktəbdə baş vermiş hadisə nəticəsində iki şagird xəstəxanaya yerləşdirilib
# 19 oktyabr 2012 09:54 (UTC +04:00)
APA-nın məlumatına görə, direktor jurnalistlərə açıqlamasında deyib ki, məktəbdə ümumiyyətlə, qaz xətti yoxdur: “Heç bir partlayış və zəhərlənmə faktı baş verməyib”.

N. Xudiyev bildirib ki, ola bilsin, 11-ci sinif şagirdlərindən kimsə sinif otağına nəsə atıb, buna görə halı pisləşən olub. Direktor hazırda məsələ ilə bağlı araşdırma aparıldığını da açıqlayıb.

10-cu sinif şagirdi Aydın Əsgərov isə jurnalistlərə deyib ki, bu gün məktəbin 2-ci mərtəbəsinin dəhlizinə çıxan zaman şagirdlərin gözü yaşarmağa, sifətləri qızarmağa başlayıb. Şagirdlərdən bəzilərinin vəziyyəti pisləşib. Müəllimlər dərhal məktəbə təcili tibbi yardım çağırıblar. Halı nisbətən pis olan iki şagird təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Şagird belə bir halın bir dəfə də baş verdiyini, o zaman məktəblilərdən birinin sinfə bibər qazı atdığını deyib.

Qeyd edək ki, jurnalistlər hadisənin baş verdiyi sinif otağına daxil olmaq istəsələr də, orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının araşdırma apardıqları bildirilib.

Klinik Tibbi Mərkəzdən də APA-ya bildirilib ki, hadisə baş verən məktəbdən 2 nəfər şagird zəhərlənmə diaqnozu ilə toksikologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti yaxşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR