Azərbaycanda sərnişindaşıma tarifləri azalıb

Azərbaycanda sərnişindaşıma tarifləri azalıb
# 07 aprel 2012 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin mart ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7% artmış, sərnişindaşıma tarifləri isə 1,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1%, ixrac üzrə 9,6%, tranzit yüklərin daşınması üzrə 4,6% bahalaşıb, yerli əlaqə üzrə isə 11,3% ucuzlaşıb.

Dəmir yolu vasitəsilə beynəlxalq sərnişindaşıma tariflərində 1,9% ucuzlaşma müşahidə olunub. Dəniz nəqliyyatı vasitəsilə yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5% və 1,5%, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7% ucuzlaşıb. Boru kəmərləri vasitəsilə neftin nəql olunma tarifləri 0,2% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR