Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb
# 04 sentyabr 2012 10:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri artıq Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı sentyabrın 2-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib. Qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib.

Qeyd edək ki, bu il üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR