Ermənistanda xidmətlər bahalaşmaqda davam edir

Ermənistanda xidmətlər bahalaşmaqda davam edir
# 03 oktyabr 2012 12:31 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistanda xidmətlər bahalaşmaqda davam edir. “APA-Economics”in “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Statistika Xidməti açıqlama yayıb.

Sentyabrda Ermənistanda əhaliyə göstərilən xidmətlərin qiyməti aylıq müqayisədə 0,1% artıb. Hesabat dövründə hüquqi və bank xidmətləri 0,1%, ictimai iaşə xidmətləri 0,3%, tibbi xidmət 0,3%, mədəniyyət siyasəti 0,3%, məişət sahəsi 0,4%, nəqliyyat 1,4%, təhsil sahəsi 4,8% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR