Azərbaycan peşə təhsilini inkişaf etdirmək üçün Gürcüstanla razılığa gəlib

Azərbaycan peşə təhsilini inkişaf etdirmək üçün Gürcüstanla razılığa gəlib
# 03 noyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA. Azərbaycan peşə təhsilini inkişaf etdirmək üçün Gürcüstanla razılığa gəlib. Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin Namiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, bu günlərdə Gürcüstana səfərləri çərçivəsində oradakı vəziyyətlə yaxından tanış olublar. Onun sözlərinə görə, Gürcüstanda da qarşılaşdıqları vəziyyət ürəkaçan olmayıb: “Məlum oldu ki, azərbaycanlıların peşə təhsili müəssisələrinə cəlbi arzu olunan səviyyədə deyil. Burada təhsil alan çox az şəxslər var. Xüsusən əhalinin sıx birləşdiyi yerlərdə isə ümumiyyətlə peşə təhsili müəssisələri yoxdur”.

Şöbə müdiri qeyd edib ki, Gürcüstanın yeni hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkədə hər kəsin peşə təhsilinə cəlb edilməsidir: “Azərbaycanlılar orada daha çox kənd təsərrüfatı ilə məşğul olurlar. Mən də xahiş etdim ki, peşə təhsili sahələri yaradılarkən bu istiqamətlər xüsusilə nəzərə alınsın. Gürcüstan tərəfi də Azərbaycanın sıx məskunlaşdığı yerlərdə yeni müasir təhsil müəssisələrinin yaradılması ehtimalının yüksək olduğunu deyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR