Moskvada etiraz aksiyası iştirakçıları həbs edilib

Moskvada etiraz aksiyası iştirakçıları həbs edilib
# 21 fevral 2012 17:47 (UTC +04:00)
Bakı-APA. Moskvada Rusiya Mərkəzi Seçki Komissiyasının qarşısında icazəsiz keçirilən etiraz aksiyasının 20 iştirakçısı həbs olunub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, aksiyanı müxalif “Druqaya Rossiya” partiyası təşkil edib. Aksiya iştirakçıları martın 4-də keçiriləcək prezident seçkilərinə qarşı şüarlar səsləndiriblər. “Druqaya Rossiya” partiyası bu seçkilərin mövcud seçki qanunvericiliklə keçirməsinin əleyhinə çıxış edir. Onların fikrincə qanunda saxtakarlığa yol verilməsinə imkanlar var.
“Druqaya Rossiya” partiyası prezident seçkilərinə qədər həftənin hər çərşənbə axşamı piket keçirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR